28 avqust 2015-ci il tarixində əhalisinin sayı 3100 nəfər olan Salyan rayonu Xələc kənd inzibati ərazi dairəsinə daxil olan Abad kəndinə təbii qazın verilməsinin bərpası ilə əlaqədar tədbir keçirilmişdir.
28 avqust 2015 | 15:00
. Ümumilikdə 673 mənzilə təbii qaz verilib bərpa olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra hakimiyyəti başçısı Tahir Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Açılış tədbirindən sonra qonaqlar Salyan şəhərində yerləşən Avtovağzal Ticarət mərkəzində olmuş, rayon sakinləri ilə görüşmüşlər.