Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd ərazi dairəsinə daxil olan Bəydili kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir.

28 iyul 2015 | 15:00

  28 iyul 2015-ci il tarixdə rayon İcra hakimiyyəti başçısının Qızılağac kənd ərazi dairəsinə daxil olan Bəydili kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
RİH başçısının I müavini Etibar Hüseynov tədbiri giriş sözü ilə açdıqdan sonra söz rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova verilmişdir. RİH başçısı kəndə mavi yanacağın verilməsi münasibətilə sakinləri təbrik edərək onlara xoş arzularını bildirmişdir. Natiq vurğuladı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial problemlərinin həllinə, onların maddi rifah halının və güzəranının yaxşılaşdırılmasına müntəzəm diqqət və qayğı göstərir. 483 nəfər sakinin yaşadığı Bəydili kəndinə mavi yanacağın verilməsi də bu qayğının əyani təzahürüdür. T.Kərimov vurğuladı ki, rayonun 51 yaşayış məntəqəsindən 28-i qazlaşdırılıb, hazırda rayonun 12 kəndində də bu istiqamətdə işlər uğurla davam etdirilir. Yaxın vaxtlarda bu yaşayış məntəqələrinin əhalisi də təbii qazdan istifadə edəcəkdir.
Salyan regional qaz istismarı idarəsinin rəisi Xəyyam Rzayev çıxış edərək bildirdi ki, hazırda rayon əhalisinin 71 faizi təbii qazdan istifadə edir. Bəydili kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 92 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 88 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yaxın illərdə rayonumuzun digər yaşayış məntəqələri də mavi yanacaqla təmin ediləcəkdir ki, bu da ölkəmizin iqtisadi gücünün artdığına əyani sübutdur.
Mərasimdə çıxış edən ictimaiyyətin nümayəndələri və kənd sakinləri əhalinin sosial yönümlü problemlərinin həll edilməsinə və güzəranının yaxşılaşdırılmasına göstərdiyi qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
RİH başçısı Tahir Kərimov rəmzi məşəli alovlandırdıqdan sonra  mərasim iştirakçıları ilə evlərdə olub mavi yanacağın verilməsinə baxış keçirdi.

 

Keçidlər