Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 22-də Salyan rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir.

23 iyul 2015 | 15:00

     Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar məruzə etmişdir. Natiq vurğulamışdır ki, bu il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyev hesabat dövründə qazanılan uğurlardan söz açaraq vurğulamışdır ki, bu ilin altı ayında iqtisadiyyatın dinamik inkişafında 5,7 faiz artım olmuşdur. Qeyri-neft sektorunun inkişafı xüsusilə diqqəti çəkmişdir. Bu sahədə isə 9,2 faiz artım müşahidə olunmuşdur. Sənaye istehsalı 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır.

RİH başçısı Tahir Kərimov qeyd etmişdir ki, 2015-ci ilin «Kənd təsərrüfatı ili» elan olunması son illərdə bu sahədə ən böyük – 7,3 faiz artım tempinə səbəb olmuşdur. Ölkəmizə altı ay ərzində 12,7 milyard manat sərmayə qoyulmuşdur. Sosial sahədə nəzərdə tutulan bütün proqramlar icra edilmişdir.
RİH başçısı Tahir Kərimov bildirmişdir ki, respublikamızın qazandığı uğurlarda Salyan rayonunun da payının olması qürurverici haldır. 2015-ci ilin birinci yarısında rayonun ayrı-ayrı sahələrində nailiyyətlər qazanılmış, qarşıya qoyulan vəzifələr layiqincə icra olunmuşdur. Belə ki, 2015-ci ilin birinci yarısında məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 11 milyon 940 min manat, yəni 12,5 faiz artaraq 107 milyon 283 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 8 milyon 416 min manat, yəni 18,6 faiz artaraq 53 milyon 558 min manat, rabitə işlərinin həcmi 11 min manat, yəni 4,2 faiz artaraq 278 min manat, nəqliyyat işlərinin həcmi 5 min manat, yəni 0,6 faiz artaraq 894 min manat, pərakəndə ticarət dövriyyəsi 13 milyon 839 min manat, yəni 18,9 faiz artaraq 87 milyon 173 min manat, əsas kapitala yödnəldilən investisiya 888 min manat, yəni 8,8 faiz artaraq 10 milyon 963 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 18 milyon 528 min manat, əhaliyə göstərilən pullu xidmət 23 milyon954 min manat olmuşdur. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 809 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 282 manatdır.
2015-ci ilin birinci yarısında rayonun yerli büdcəsinin gəlirləri 3 milyon 860 min manat, büdcənin xərcləri 10 milyon 541 min manat icra edilmişdir. Büdcənin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 9 milyon 56 min manat, yəni 111 faiz dotasiya alınmışdır. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqları, pensiya və müavinətlər vaxtında və tam ödənilmişdir. Rayon ərazisində, o cümlədən Salyan şəhərində abadlıq və quruculuq işləri böyük vüsətlə davam edir. Belə ki, Salyan şəhərinin küçələrinə 163 kubmetr çınqıl döşənmiş, 1.150 kvadratmetr asfalt basılmışdır. Küçələrdə 2.321 metr uzunluğunda küveyt tikilmişdir. 1.857 kvadratmetr hörgü işləri aparılıb, 1.200 kvadratmetr ölçüdə suvaq işləri görülüb, suötürücülərinə 330 metr polieti len boru quraşdırılıb. Şəhərdəki 4 kommunal binanın 2.836 kv.metr dam örtüyü əsaslı təmir edilib. Ümumilikdə 179 min 782 manatlıq  abadlıq işləri görülüb, işlər yenə də davam etdirilir. Şəhərdə beşmərtəbəli biznes mərkəzinin binası, Peyk kəndində 220 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
İclasda rayonda əhalinin elektriklə, qazla, su ilə təmin edilməsi sahəsində görülən işlərdən danışılmış, rayonun təhsil, səhiyyə, mədəniyyət sahəsində qazanılan nailiyyətlər və nöqsanlar göstərilmişdir.
Yığıncaqda Salyan rayon maliyyə idarəsinin rəis müavini Şərif Şıxəliyev, rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Ramil Salmanov, rayon telekommunikasiya qovşağının rəisi Faiq Nəcəfov çıxış edərək 2015-ci ilin birinci yarısında rəhbərlik etdikləri təşkilatların fəaliyyəti barədə hesabat vermişlər.
Yığıncaqda müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.
RİH başçısı Tahir Kərimov iclasa yekun vurmuşdur.

 

Keçidlər