Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edildi.

02 noyabr 2012 | 16:00

30 oktyabr 2012-ği il tarixdə rayon İcra hakimiyyətinin konfrans zalında 1 Noyabr – Kənd təsərrüfatı işçiləri gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, kənd təsərrüfatı rayonu olan Salyanda bu sahədə həyata keçirilməkdə olan layihələrdən söz açmışdır.
Kənd təsərrüfatı işçilərinin peşə bayramı günündə çıxış edənlər rayon fermerlərinin, aqrar sektorun digər nümayəndələrinin işindən, onlara göstərilən qayğıdan danışmışlar.
Əlamətdar günə həsr edilmiş tədbirdə bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Salyan rayon İcra hakimiyyəti başçısının “Fəxri fərman”ları və qiymətli hədiyyələr təqdim edilmişdir.
 

Keçidlər