“31 Mart – Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar Salyan rayonunda anım tədbiri keçirilmişdir.
“31 Mart – Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar
Salyan rayonunda anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbristanlığındakı məzarlarını ziyarət etmiş, önlərinə gül-çiçək dəstələri düzmüşlər.
Xatırladaq ki, 1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çırkin əməllərini Bakı ətrafı ərazilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində də insan ağlına sığmayan soyqırım törətmişlər.