Salyanda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb
9 iyun 2015-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Salyan rayon İcra hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Salyan rayonunda fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyətin nümayəndələri, ziyalılar və gənclər iştirak etmişdir.
Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etmişlər.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulamışdır.
DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, Konstitusiyada təsbit edilmiş vicdan azadlığından, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışmışdır.
Konfransda Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı istirak və çıxış etmişlər.
Regional konfrans işini iyunun 10-da “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcəkdir.
Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri M.Qurbanlı Salyandakı “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə etmişdir.