Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabatı keçirilmişdir.

17 aprel 2015 | 15:00

          Salyan rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağında rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov yığıncaqda geniş məruzə ilə çıxış edərək vurğuladı ki, Azərbaycanda milli mənafeyə və sosial rifaha xidmət edən strateji inkişaf xətti 2015-ci ilin birinci rübündə də davam edərək ölkədə sosial-iqtisadi sahədə bir çox uğurların əldə olunmasına şərait yaratmışdır. Nazirlər Kabinetinin bu il aprelin 10-da keçirilən geniş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu ilin birinci rübündə də Azərbaycan dinamik inkişaf tempini saxlaya bilmiş, ölkə iqtisadiyyatı 5 faiz artmış, qeyri-neft sektorunda inkişaf 7 faiz təşkil etmişdir. RİH başçısı Tahir Kərimov cari ilin birinci rübündə rayonda görülən işləri də təhlil edərək bildirmişdir ki, ötən üç ayda rayonun iqtisadi və sosial sahələrində müsbət dəyişikliklər baş vermiş, rayonda məhsul istehsalı və xidmət sahələrinin inkişafı təmin olunmuş, buna müvafiq olaraq sosial məsələlər uğurla həll edilmişdir.
           Yığıncaqda RİH başçısının müavini Rəşad Cəbrayılov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Toğrul Cavadov, rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Ramil Salmanov, 38 nömrəli yol istismarı idarəsinin baş mühəndisi Aləddin Sadıqov çıxış edərək bu ilin üç ayında rayonda görülən işlərə münasibət bildirdilər. Yığıncaqda qeyd olundu  ki, dünyada baş verən iqtisadi böhrana və gərgin siyasi qarşıdurmalara baxmayaraq, xalqımızın tam sabit şəraitdə yaşadığı Azərbaycanda  sosial-iqtisadi vəziyyət durmadan yaxşılaşır. Bu uğurların kökündə ilk növbədə ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti və bu strateji xətti müasir qloballaşma dövründə uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri dayanır.
             Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar qətnaməsi qəbul edilmişdir.
Hesabat yığıncağına yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov qarşıda duran vəzifələrin həyata keçirilməsinə bütün qüvvələri səfərbər etmək üçün rayonun müvafiq idarə, müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər