Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon H.Əliyev mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018- ci illərdə sosial -iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar konfrans keçirilmişdir.

08 aprel 2015 | 15:00

    07 aprel 2015-ci il tarixdə, saat 11:00-da Salyan rayon H.Əliyev mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018- ci illərdə sosial -iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıda duran vəzifələr mövzusunda konfrans keçirilmişdir.
          Konfransın işində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Analitik Təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, İqtisadiyyat və Sənaye Nazirliyi Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi -Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), İnvestorlarla əlaqələr şöbəsinin müdiri Azər Rzaxanov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun əməkdaşı Ramin Cəfərov və 24 şəhər və rayonların (Mingəçevir, Yevlax, Şirvan və Lənkəran şəhərləri, Biləsuvar .Neftçala, Saatlı, Sabirabad, Salyan, İmişli, Hacıqabul, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Kürdəmir, Beyləqan, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları) İcra Hakimiyyəti başçılarının muavinləri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirləri və sahibkarlar da daxil olmaqla 300 nəfər iştirak etmişdir.

Keçidlər