Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 2012-ci ilin doqquz ayına yekun vuruldu

19 oktyabr 2012 | 15:00

18 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il oktyabr ayının 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar 2012-ci ilin birinci yarısında Salyan rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. İdarə, müəssisə və təşkilatların, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyətin iştirak etdiyi tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimov məruzə ilə çıxış etmişdir.
Məruzəçi və çıxış edənlər 2012-ci ilin rayon iqtisadiyyatı üçün də uğurlu il olduğunu bildirmişlər. Belə ki, hesabat dövründə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 5 milyon 695 min manat, yəni 4,6 faiz artaraq 128 milyon 866 min manat, sənaye məhsulunun ümumi həcmi 3 milyon 218 min manat, yəni 16,3 faiz artaraq 22 milyon 963 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1 milyon 953 min manat, yəni 2,9 faiz artaraq 70 milyon 309 min manat, rabitə işlərinin həcmi 85 min manat, yəni 34,6 faiz artaraq 329 min manat, nəqliyyat işlərinin həcmi 107 min manat, yəni 15 faiz artaraq 819 min manat, pərakəndə ticarət dövriyyəsi 1 milyon 639 min manat, yəni 1,7 faiz artaraq 101 milyon manat, əhaliyə göstərilən pullu xidmət 7 milyon manat, yəni 31,3 faiz artaraq 29 milyon 729 min manat çox olmuşdur. Əsas kapitala yönəldilən investisiya 46 milyon 16 min manat təşkil etmişdir. Bir nəfərə düşən orta aylıq əmək haqqı 195 manat, ümumi məhsul buraxılışının həcmi 1009 manatdır.
Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2012-ci ilin doqquz ayında 659 iş yerləri yaradılmışdır ki, bunun da 437 daimidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən 2004-cü ildən bəri 18826 iş yeri açılmışdır ki, onlardan 12305 daimi iş yeridir. Bütün bunlarla yanaşı rayonun idarə, müəssisə və təşkilatlarında 153, özəl sektorda 75 boş (vakant) iş yerləri vardır.
İclasda müzakirə olunan məsələyə dair qərar qətnaməsi qəbul olunmuşdur.

 

Keçidlər