Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanın 2800 illiyinə həsr olunmuş elmı-praktik konfrans

17 oktyabr 2012 | 15:00

16 oktyabr 2012-ci il tarixdə Salyan şəhərində rayon İcra hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Salyanın 2800 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları öncə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində olmuşlar.
Rayon icra hakimiyyətinin iclas zalında keçirilən elmi-praktik konfransı giriş sözü ilə İcra hakimiyyətinin başçısı T.Kərimov açmışdır. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti M.Kərimov, Azərbaycan Milli Elmlər Akademiyası vitse-prezidenti N.Vəlixanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü V.Əliyev, tarix elmləri doktoru, Salyan arxeoloji ekspertiziyasının rəisi A.Məmmədov, Fransa respublikasından arxeoloq Leonit Bertil çıxış etmişlər.
Konfransda Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri, bəstəkar, SSRİ xalq artisti A.Məlikov, Azərbaycan Musiqi Akademiyasının professoru, xalq artisti X.Qasımova, şair O.Rza çıxış etmiş, konfransın işinə uğurlar arzulamışlar.
Tədbirin sonunda bir qrup elm xadimi və konfrans iştirakçıları rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ı və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
 

Keçidlər