Salyan rayon İcra Hakimiyyəti başçısının Yolüstü ərazi inzibati dairəsində səyyar görüşü
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Yolüstü ərazi inzibati dairəsinə daxil olan Yeni Uluxanlı kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə RİH başçısı yanında Şuranın üzvləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, xidmət təşkilatlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər. RİH başçısı Tahir Kərimov görüşü giriş sözü ilə açaraq möhtərəm Prezidenrimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətimiz barədə danışmış, həmçinin Salyan rayonunun sosial-iqtisadi inkişafına ölkə başçısı tərəfindən diqqət və qayğıdan söz açmışdır. Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq respublikamızın digər yerlərində olduğu kimi, Salyan rayonunda, qəsəbə və kəndlərdə çox böyük abadlıq-quruculuq işləri aparılır. Kəndlərimizdə yeni təhsil ocaqları, səhiyyə obyektləri inşa edilir, yol və elektrik təsərrüfatı yenilənir, içməli su və qaz xətləri çəkilir. İnzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri tədbirdə çıxış edərək möhtərəm Prezidenrimiz İlham Əliyevöz dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, həmçinin kənd adamlarını narahat edən məsələlər barədə təkliflərini irəli sürmüşlər. Yığıncaqda təbii qaz kəmərinin çəkilməsi, kanal və kollektorların təmiri, kəndarası yolların qaydaya salınması və digər məsələlər qaldırılmışdır. RİH başçısı Tahir Kərimov səyyar görüşdə qaldırılan məsələləri aidiyyati orqanların rəhbərlərinin iştirakı ilə müzakirə etmiş, icra üçün konkret tapşırıq və tövsiyələrini vermişdir.