Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü qeyd olundu

06 oktyabr 2012 | 15:00

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, qabaqcıl və veteran müəllimlər, idarə, müəssısə və təşkilat rəhbərləri iştirak etmişlər.
Qeyd olunmuşdur ki, bu il rayonun Qarabağlı və Yolüstu kəndlərində müvafiq olaraq 480 və 360 şagird yerlik tam orta məktəb, Quyçu kəndində 80 şagird yerlik ümumi orta məktəb tikilib şagirdlərin istifadəsinə verilmişdir. Rayonun orta məktəb məzunlarından 377 nəfər respublikanın ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 11 nəfəri 600-dən yuxarı bal toplamış, 2 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür.
Salyan rayon İcra hakimiyyətinin başçısı cənab T.Kərimov peşə bayramı münasibətilə rayon müəllimlərini təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Tədbirdə bir qrup müəllimə rayon İcra hakimiyyəti başçısının “Fəxri fərman”ı və qiymətli hədiyyələri təqdim olunmuşdur.
 

Keçidlər