27 Sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Salyan rayonundan olan şəhidlərin ailələri ziyarət edilmişdir.
27 Sentyabr “Anım günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş
Salyan rayonundan olan şəhidlərin ailələri ziyarət edilmişdir.
23.09.2024-cü il tarixində Salyan RİH-nin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri bir qrup şəhidlərin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar. Ziyarət zamanı RİH başçısı Rüstəm Xəlilov şəhidlərin ailələrinə başsağlığı vermiş, Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə onlara təşəkkür etmiş, Allahdan rəhmət və səbr diləmişdir. RİH başçısı Rüstəm Xəlilov Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirmişdir.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Qeyd edək ki, “Anım günü” ərəfəsində RİH başçısı tərəfindən şəhidlərin ailələrini ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.