Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

02 oktyabr 2012 | 15:00

1 oktyabr 2012-ci il tarixdə Salyan rayon İcra hakimiyyətinin iclas zalında 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Rayon prokuroru, baş ədliyyə müşaviri F.Nemətli respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi, müstəqillik illərində gördüyü işlər və Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə çalışanların əməyinə verdiyi yüksək qiymət barədə tədbir iştirakçıları qarşısında məruzə etmişdir.
Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı T.Kərimov Salyan rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, respublikamızın peşəkar prokurorluq əməkdaşlarının çox çətin və şərəfli işindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü iqtisadi və siyasi kursun həyata keşirilməsində bu orqan işçilərinin qarşısında duran vəzifələrdən danışmışdır.

Keçidlər