Şriftin ölçüsü :

Saytın rəngi :

Yolüstü kənd tam orta məktəbinin açılışı olmuşdur

18 sentyabr 2012 | 15:00

17 sentyabr 2012-ci il tarixdə 360 şagird yerlik Yolüstü kənd tam orta məktəbinin açılışı mərasimi keçirilmişdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. Yeni məktəb binasında 18 sinif otağı, o cümlədən 2 fənn kabineti, kitabxana, idman və akt zalı fəaliyyət göstərəcəkdir. Uşaqların təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olacaqdır. Hazırda məktəbdə 300 nəfərdən uşaq təhsil alır. 30 nəfərdən çox şagird birinci sinifdə tədrisə başlayacaqdır.
Bu münasibətlə təşkil edilmiş tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, məktəbin direktoru Eldar Rüstəmov, şəhid anası Nazilə Əsgərova, millət vəkili Fəzail Ağamalı yeni tədris ilinin başlaması münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının real nəticələri barədə danışmışlar.
 

Keçidlər