Şriftin ölçüsü :

Saytın rəngi :

Quyçu kənd ümumi orta məktəbin açılışı olmuşdur

18 sentyabr 2012 | 15:00

17 sentyabr 2012-ci il tarixdə şəhid Zahid Hüseynov adına 80 şagird yerlik Quyçu kənd ümumi orta məktəbinin açılışı mərasimi keçirilmişdir.
Uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbdə bu il 65 şagird təhsil alacaqdır. Yeni binada 11 sinif otağı, o cümlədən 1 fənn kabineti, kitabxana, idman zalı fəaliyyət göstərəcəkdir. Məktəbin açılışında iştirak edən Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov bu münasibətlə məktəbin pedaqoji kollektivini təbrik etmiş, onlara dövlətimiz tərəfindən təhsilin müasirləşməsi üçün yaradılan şəraitdən maksimum bəhrələnməyi arzulamışdır.
Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov qırmızı lenti kəsmiş və qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olmuş, ilk dərsdə iştirak etmişlər. Şəhid Zahid Hüseynovun atası Nadir Hüseynov, kənd ictimaiyyətinin nümayəndəsi Həsənağa Gözəlov, məktəbin müəllimi Aygün Həsənli yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, respublikamızda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər