Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin 9 aylıq hesabatı

27 oktyabr 2014 | 16:00

Doqquz ayın yekunu Salyan rayonu üçün də uğurlu olmuşdur

27 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2014-cü ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə İcra hakimiyyəti başçısı yaninda Şura iclası keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov məruzə ilə çıxış etmışdir.
Məruzə ətrafında çıxışlarda  RİH başçısının I müavini Etibar Hüseynov,  RİH başçısının müavini Rəşad Cəbrayılov, rayon maliyyə idarəsinin rəisi Mahir Kərimov, rayon gənclər və idman idarəsinin rəis əvəzi Araz Hüseynov, «Şirvan» milli parkının direktoru Elşən Məcidov,  rayon Kukla Teatrının direktoru Yavər Cəbrayılov çıxış etmişlər.
Ölkəmizin dnamik inkişafının təmin olunmasında  Salyan rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, bu ilin doqquz ayında rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 3 milyon 428 min manat, yəni 2,4 faiz artaraq 147 milyon 670 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 851 min manat, yəni 1,3 faiz artaraq 68 milyon 988 min manat, rabitə işlərinin həcmi 38 min manat, yəni 10,4 faiz artaraq 405 min manat, nəqliyyat işlərinin həcmi 339 min manat, yəni 34,5 faiz artaraq 1 milyon 321 min manat, pərakəndə ticarət  dövriyyəsi 10 milyon 181 min manat, yəni 9,8 faiz artaraq 113 milyon 628 min manat, əhaliyə göstərilən pulu xidmət 2 milyon 249 min manat, yəni  7,3 faiz artaraq 33 milyon 28 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 36 milyon 259 min manat, əsas kapitala yönəldilən investisiya 41 milyon 94 min manat olmuşdur. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 1.125 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 279,2 manatdır.
Hesabat məruzəsində vurğulanmışdır ki, rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Belə ki, «Ünvanlı sosial yardım haqqında» Qanunun icrası ilə əlaqədar 1.906 ailənin 8.417 nəfər üzvü sosial yardım alır. Bir ailəyə düşən sosial yardımın orta məbləği 131,5 manat, hər bir ailə üzvünə düşən sosial yardımın məbləği isə 29,8 manatdır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırda 4.824 nəfərə sosial müavinət ödənilir.
Rayonda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Çuxanlı kəndi ərazisində «Şəfa» quşçuluş ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin tikintisi, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən «Hacı Camalxan» kəndli-fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılmış, beynəlxalq standartlara uyğun 2.400 başlıq süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində «Ələddin-fermer» MMC tərəfindən illik istehsal gücü  600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndi ərazisində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir. «Nurgün Aqro» MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılmışdır.
Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ilin doqquz ayında 576 daimi iş yeri yaradılmışdır. Bu il sentyabr ayının 18-də rayonda əmək yarmarkası keçirilmiş, yarmarkada 41 idarə, müəssisə tərəfindən 346 vakant iş yeri vətəndaşlara təqdim edilmişdir. Nəticədə 101 nəfər peşəsinə və ixtisasına uyğun münasib işlə təmin edilmişdir.
Məruzəçi və çıxış edənlər vurğulamışlar ki, şəhər ərazisində, qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış 2 milyon vəsait hesabına rayonda xeyli işlər görülmüş və görülməkdədir. Bu vəsait hesabına şəhərin küçələrinə 2 min 100 kilometr üzlük daşlar döşənmiş, səkilərin kənarına 3.190 metr bardurlar düzülmüş, 940 metr küveyt qazılmış, 3.320 kv.metr sahəyə tamet plitə düzülmüşdür. Rayon ərazisində 12 min ədəddən çox ağac əkilmişdir. Şəhər ərazisində beşmərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi davam edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza son səfəri zamanı əhalinin problemlərini öyrənərək Salyan-Şirvan avtomobil yolunun əsaslı təmirinə göstəriş vermiş, ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Kür çayının iki yerə böldüyü Salyan şəhərinin ən müasir körpü ilə birləşdirilməsi üçün də ilkin olaraq 1 milyon manat vəsait ayrılmış və bu işə başlanmışdır.
Hesabat məruzəsində rayonda aqrar sahədə görülən işlərdən də geniş danışılaraq vurğulanmışdır ki, keçən ilin payızında bu ilin məhsulu üçün 17.899 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun 6.230 hektarı buğda, 11.669 hektarı isə arpa əkini sahələri təşkil edir. Hektarda məhsuldarlıq 29,5 sentner olmaqla rayon üzrə 52.717 ton taxıl istehsal olunmuşdur. 425 hektar  qarğıdalı sahəsindən 1.005 tondan çox məhsul istehsal olunmuş, sahələrdə yığım davam edir. 415 hektar kartof sahəsindən 3.618 ton kartof, 1.287 hektar tərəvəz sahəsindən 7.161 ton, 1.030 hektar bostan əkini sahəsindən 12.603 ton məhsul istehsal edilmişdir.
2014-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların baş sayı 62.936 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur, o cümlədən inək və camışların sayı 33.113 baş, qoyun və keçilərin sayı 186.614 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 5.767,2 ton, süd istehsalı isə 31.369,5 ton olmuşdur.
Məruzəçi və çıxış edənlər rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində görülən işlərdən də söz açmışlar. Qeyd olunmuşdur ki, ötən dərs ilində Plastik yaşayış massivində müasir tələblərə cavab verən 640 yerlik yeni məktəb binası tikilərək istifadəyə verilmiş, Dayıkənd və Qaraçala tam orta məktəblərinin binalarında əsaslı təmir işləri aparılmışdır. Hazırda rayonun Peyk kəndində 220 yerlik yeni məktəb binasının tikintisi davam edir. Dövlət Proqramına uyğun olaraq 5 məktəb – Ərəbqardaşbəyli, Yuxarı Xalac-2,  I Varlı, Aşağı Kürkənd kənd tam orta və Şorsulu kənd ümumi orta məktəbləri üçün yeni binaların, səkkiz məktəb üçün əlavə sinif otaqlarının, beş məktəb üçün akt və idman zallarının tikintisi, 16 məktəbin isə əsaslı təmiri nəzərdə tutulmuşdur.
Məruzədə vurğulanmışdır ki, bu ilin doqquz ayı ərzində səhiyyə sahəsinhdə də müəyyən işlər görülmüşdür. Rayonlararası Şorsulu əsəb xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilib istifadəyə verilmişdir. Hazırda 50 çarpayılıq rayonlararası ağciyər xəstəlikləri xəstəxanasının inşasında son tamamlama işləri aparılır.
Rayon gənclər və idman idarəsinin gördüyü işlər də ətraflı təhlil edilmişdir.
Yığıncaqda müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir. RİH başçısı Tahir Kərimov hesabat yığıncağına yekun vuraraq qarşıda duran bir sıra məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar və tövsiyələr vermişdir.

 

Keçidlər