Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağlı kəndində yeni məktəb binasının açılışı olmuşdur

16 sentyabr 2012 | 15:00

15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, millət vəkilləri Əliağa Hüseynov, Fəzail Ağamalı çıxış etmişlər.
Bildirilmişdir ki, bu təhsil ocağının tikintisinə ötən ilin oktyabr ayında başlanılmışdır. İki mərtəbəli təhsil ocağının ümumi sahəsi 10 min kvadratmetrdir. Məktəbin binası yüksək keyfiyyətlə və müasir tələblər səviyyəsində inşa olunmuşdur. 480 şagird yerlik binada 21 sinif otağı, 2 laboratoriya, kompüter otağı, kitabxana, idman zalı, akt zalı və daxili sanitar qovşaqları vardır. Bu il məktəbə 410 şagird gələcəkdir ki, bunlardan 55 nəfəri birinci sinif şagirdləridir.
Tədbirdə çıxış edənlər 15 sentyabr “Bilik günü” münasibətilə bütün müəllim və şagirdləri təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər