Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi
Salyan rayonunun Heydər Əliyev Mərkəzinin geniş iclas zalında 1 oktyabr – Prokurorluq İşçilərinin Peşə bayramı və milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü təntənəli şəkildə qeyd edilmişdir. Rayon Prokurorluğunun əməkdaşları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov prokurorluq əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının və ictimaiyyətinin nümayəndələrini əlamətdar gün münasibətilə təbrik etmiş, respublikamızın prokurorluq orqanlarının zəngin tarixi və xalqımız qarşısında xidmətləri barədə danışmışdır.
Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli Azərbaycan prokurorluq orqnanlarının yaranması və inkişafının, müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider Heydər Əliyevin rolunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızın prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışmış, şərəfli peşə sahiblərinin cəmiyyətdəki rolundan, cinayətkarlığa qarşı aparılan mübarizə işindən söz açmışdır. F.Nemətli həmçinin rayon prokurorunun köməkçisi Əbil Mirzəyevə Azərbaycan Respublikası Baş prokurorunun əmri ilə «Təşəkkürnamə» elan edilməsi barədə məlumat verdi.
Yığıncaqda rayon məhkəməsinin sədri Xaqani Tağıyev, rayon polis şöbəsinin rəisi Namiq Həsənov, MTN Salyan rayon şöbəsinin rəisi Eldəniz Bağıyev, rayon ziyalılar cəmiyyətinin sədri Allahverdi Piriyev çıxış edərək 1 oktyabr-Prokurorluq İşçilərinin Peşə bayramı münasibətilə rayon prokurorluğunun əməkdaşlarını təbrik etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov peşə bayramı münasibətilə rayon prokurorluğunun əməkdaşlarının bir qrupuna RİH başçısının Fəxri Fərmanını təqdim etmişdir.