Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Şorsulu kəndində səyyar görüş keçirmişdir.

17 sentyabr 2014 | 15:00

RİH başçısı  Tahir Kərimov Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Şorsulu və Boranıkənd kəndlərinin sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyatı  təşkilatların nümayəndələri, RİH başçısı yanında şura üzvləri iştirak etmişlər.
RİH başçısı Tahir Kərimov kənd sakinləri qarşısında çıxış edərək son illər respublikamızda və rayonumuzda aparılan çox böyük iqtisadi layihələrdən danışmış, əhalini narahat edən problemlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən səy və ardıcıllıqla həll edildiyindən söz açmışdır. Qeyd edilmişdir ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində regionların inkişafı sırasında Salyan rayonu, o cümlədən kəndlərimiz də öz görkəmini dəyişir, insanların maddi-rifah halı yaxşılaşır.
Kənddə keçirilən səyyar görüşdə insanlar işləmək və yaşamaq üçün yaradılmış şəraitə görə ölkə başçısına öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, eyni zamanda onları narahat edən problemlərin həll edilməsi üçün müraciətlər səsləndirmişlər. Kənd sakinlərindən  V.Mustafayev, T.Mehdiyev, S. İsmayılov, N.Şükürov və başqaları çıxış edərək Şorsulu kənd tam orta məktəbinin əsaslı təmiri, həmçinin burada kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi, ərazi dairəsinə daxil olan kəndlərdə elektrik təsərrüfatının yenidən qurulması məsələlərinin həllində RİH başçısından kömək istəmişlər. Eyni  zamanda səyyar görüşdə  kənddə bəzi  sahələrin əkin suyu ilə lazımi qədər təmin edilməməsi, örüş sahələrinin azlığı, yolların təmiri  və digər məsələr  qaldırılmışdır.
RİH başçısı Tahir Kərimov kənd sakinləri tərəfindən edilən hər müraciətə ayrı-ayrılıqda münasibət bildirmiş, qaldırılan problemlərin yerindəcə həlli üçün aidiyyatı orqanların rəhbərlərinin arayışlarını dinləmiş və konkret tapşırıqlar vermişdir.

Keçidlər