Şriftin ölçüsü :

Saytın rəngi :

“2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyinin keçirilməsi barədə

01 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə 05-29 avqust 2014-cü il tarixlərdə  “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyi keçirildi.        
Birinciliyin keçirilməsində məqsəd  rayonda futbolun kütləviliyinə nail olmaq,  “2005-2015-ci illər futbolun inkişafı” Dövlət proqramının  icrasını təmin etmək, rayon birinciliyinin   qalibini müəyyən etmək və perspektivli idmançıları aşkar etmək idi.
Birincilik Qarabağlı və Qızılağac kənd stadionlarında keçirildi. Hər iki zona üzrə 16 komanda 4 qrupda mübarizə apardılar. Qarabağlı zonası üzrə A qrupunda Xıdırlı, Yolüstü, Yenikənd, Kürsəngi , B qrupunda Qarabağlı, Xalac, Qaraçala, Parçaxalac komandaları, Qızılağac zonası üzrə isə  C qrupunda Noxudlu, Marışlı, Sarvan, Çuxanlı, D qrupunda Qaraqaşlı, Arbatan, Şorsulu və Qızılağac komandaları mübarizə apardılar. Qarabağlı zonası üzrə Xıdırlı komandası, Qızılağac zonası üzrə isə Şorsulu komandası zonanın qalibi oldular.
Birinciliyin yekun finalı 29 avqust 2014-cü il tarixdə saat 18-00 da Salyan Olimpiya İdman Kompleksində keçirildi. Xıdırlı kənd komandası Şorsulu komandasını 4-0 məğlub edərək rayon çempionatının qalibi oldu. Hər iki komanda Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom , kubok və hədiyyələrlə təltif olundular.

Keçidlər