Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan məktəbliləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxmışlar

29 avqust 2014 | 15:00

28 Avqustun 2014-cü il tarixdə Salyan şəhər Heydər Əliyev parkında "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur aksiyasında iştirak edən məktəblilərin Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salnma mərasimi olmuşdur.
Şagirdlər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişdir.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayacaqdır. O, qeyd etmişdir ki, bu aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillardan biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. O, məktəblilərə səfərlə bağlı tövsiyələrini verdi, onlara mənalı istirahət təəssürat arzuladı. 
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola düşdülər.

Keçidlər