22.06.2024-cü il tarixində Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksinin qarşısında tədbir keçirilmişdir.
22 iyun 2024 | 11:47
Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksinin qarşısında tədbir keçirilmişdir.
Tədbirdə Salyan rayonu İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak etmiş, istiqlal şairi Xəlil Rza Ulutürkün və onun oğlu – Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.