Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

28 avqust 2014 | 15:00

Avqustun 27-də Heydər Əliyev Mərkəzinin geniş iclas zalında Yeni Azərbaycan Partiyası rayon təşkilatı idarə heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda idarə heyətinin, şuranın, nəzarət-təftiş komissiyasının üzvləri ilə yanaşı, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak etmişlər.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı, YAP Mərkəzi Təftiş-Nəzarət Komissiyasının üzvü Tahir Kərimov da iştirak etmişdir.
YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbiri giriş sözü ilə açaraq görkəmli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin  rəhbərliyi ilə 1992-ci ilin noyabr ayında yaradılmış Yeni Azərbaycan Partiyasının 22 il ərzində keçdiyi inkişaf yolundan danışmış, bu partiyanın yaradılmasında böyük cəsarət və rəşadət nümunəsi göstərmiş insanları yada salmış, ötən illər ərzində respublikada, o cümlədən Salyanda həyata keçirilən böyük tikinti-quruculuq, abadlıq işlərindən söz açmışdır. O vurğulamışdır ki, sıralarında 7.125 nəfər siyasi həmfikir olan YAP Salyan rayon təşkilatı da bu işlərin yerinə yetirilməsində fəal iştirak edir. 
YAP rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Sahib Həsənov "YAP rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında partiya işinin vəziyyəti və partiya üzvlük haqlarının toplanılıb təhvil verilməsi haqqında" nəzarət-təftiş qrupunun apanrdığı yoxlamanın nəticələri barədə məlumat vermişdir. Natiq vurğulamışdır ki, rayonumuzun bir çox ərazi partiya təşkilatlarında partiya işinin vəziyyəti və üzvlük haqlarının toplanılması yüksək səviyyədədir. Bu təşkilatlarda ideoloji təbliğat-təşviqat işləri ölkəmizdə və rayonumuzda həyata keçirilən əzəmətli quruculuq-abadlıq işləri müntəzəm olaraq əhaliyə çatdırılır. Bununla yanaşı, bir sıra ərazi partiya təşkilatlarındağ Kərimbəyli, Xurşud, Xocalı, Ərəbqardaşbəyli, Peyk, Xıdırlı ərazi partiya təşkilatlarında üzvlük haqlarının toplanılmasında səhlənkarlıq və məsuliyyətsizlik vardır.
YAP rayon təşkilatı aparatının rəhbəri Mirzə Mirzəyev, YAP rayon təşkilatı şura üzvlərindən Yavər Cəbrayılov, rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, Gültəkin Sultanova, Fərqanə Cəbrayılova, YAP rayon təşkilatı sədrinin müavini Elman Əhmədov, Salyan incəsənət məktəbinin direktoru Adilə Əliyeva, "Muğan" ansamblının rəhbəri Amil Manafov, Salyan rəsm qalereyasının direktoru İman Mustafayev çıxış edərək müzakirə olunan məsələ barəsində fikirlərini bildirmişlər.
İdarə heyətinin qərarı ilə nöqsanlara yol verən ərazi partiya təşkilatı sədrləri vəzifələrindən azad edilmiş, cəzalandırılmışlar.
RİH başçısı Tahir kərimov yığıncaqda çıxış edərək ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan partiyanın  keçdiyi inkişaf yolundan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin partiyanın sədri kimi gördüyü titanik işləri təhlil etmiş, dövlət başçımızın Salyanın sosial-iqtisadi inkişafına dair imzaladığı Sərəncamlardan söz açmış, xüsusən Salyan Muğan Babazanlı abidələrinin 2800 illiyi haqqında Sərəncamın müstəsna əhəmiyyətini qeyd etmişdir. RİH başçısı əmin olduğunu bildirmişdir ki, YAP rayon təşkilatının üzvləri də bu ilin oktyabr ayında keçiriləcək Salyanın 2800 illik yubileyində və dekabr ayında baş tutacaq bələdiyyə seçkilərində fəallıqları ilə seçiləcəklər.
İdarə heyətinin yığıncağında 50 nəfərə yaxın gənc YAP sıralarına daxil edilmişdir. Yığıncaqda təşkilati məsələlər də müzakirə olunmuşdur. Faiq Xeybər oğlu Nəcəfov YAP rayon təşkilatının sədrinin müavini seçilmişdir. Aslan Dəmirov və Natiq Səfərov başqa rayona işləməyə getdikləri üçün idarə heyətinin üzvlüyündən azad edilmişlər.  Mirzə Cəlil oğlu Mirzəyev və Səidə Məmmədağa qızı Əliyeva YAP rayon təşkilatı idarə heyətinin üzvləri seçilmişlər.

 

 

 

 

 

 

Keçidlər