22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olundu.
Salyanda 22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü
münasibətilə tədbir keçirilmişdir.
22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri Salyan şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ədliyyə strukturunun təkmilləşdirilməsi işində böyük xidmətlər göstərən dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, haqqın və ədalətin keşiyində dayanaraq, qanunun aliliyinin təmin olunması işlərində Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə xidməti fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda xidməti fəlaiyyətlərində fərqlənən bir qrup ədliyyə işçisinə rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilmişdir.