Salyanda qanvermə aksiyası keçirilmişdir.
19 avqust 2014 | 15:00
Avqustun 18-də Salyan rayon mərkəzi xəstəxanasında talassemiya və qanazlığından əziyyət çekən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatları qana ehtiyacı olan soydaşlarımızın müalicəsində mühüm əhəmiyyət kəsb edən, xüsusi önəm daşıyan bu çox vacib tədbirdə yaxindan iştirak etmişdir. Yüksək səviyyədə və mütəşəkkirliklə keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, hüquq-müdafiə orqanlarının rəhbərləri iştirak etmişlər.