Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyi keçiriləcəkdir.

07 avqust 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə 05-25 avqust 2014-cü il tarixlərdə  “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyi keçiriləcəkdir.        
Birinciliyin keçirilməsində məqsəd  rayonda futbolun kütləviliyinə nail olmaq,  “2005-2015-ci illər futbolun inkişafı” Dövlət proqramının  icrasını təmin etmək, rayon birinciliyinin   qalibini müəyyən etmək və perspektivli idmançıları aşkar etməkdir.
Birincilik Qarabağlı və Qızılağac kənd stadionlarında keçiriləcək. Hər iki zona üzrə 16 komanda 4 qrupda mübarizə aparacaq. Qarabağlı zonası üzrə A qrupunda Xıdırlı, Yolüstü, Yenikənd, Kürsəngi , B qrupunda Qarabağlı, Xalac, Qaraçala, Parçaxalac komandaları, Qızılağac zonası üzrə isə  C qrupunda Noxudlu, Marışlı, Sarvan, Çuxanlı, D qrupunda Qaraqaşlı, Arbatan, Şorsulu və Qızılağac komandaları mübarizə aparacaqlar. Qpup oyunlarında I və II yerləri tutmuş komandalar oyunları olimpiya sistemi üzrə davam etdirəcəklər.
         Birinciliyin açılış oyunları 05 avqust 2014-cü il  tarixdə Qızılağac və Qarabağlı kənd stadionlarında keçirildi. Qızılağac zonası üzrə I oyun Noxudlu və Marışlı(5-0)  komandaları arasında, II oyun isə Çuxanlı və Sarvan(0-0) arasında keçirildi. Qarabağlı zonası üzrə Xıdırlı-Yolüstü(4-2), Yenikənd- Kürsəngi(0-9) komandaları arasında açılış oyunları keçirildi. Komandalar medançaya Qarabağ şəhidlərinin xatirəsinə hörmət olaraq qollarında qara sarğı ilə meydançaya çıxdılar və yarış başlamamışdan öncə 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi.

Keçidlər