Müqəddəs Ramazan bayramı münasibəti ilə Salyan rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki
Əziz salyanlılar!
Sizi on bir ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı, duyğularımı yetirirəm.
Darülmöminlər yurdu kimi tanınan Salyan əhalisi əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə hörmətlə yanaşıb və onu qoruyaraq saxlayıb. Postsovet dönəmində xalqımız kimi salyanlılar da bir çox qadağaların, təqiblərin olmasına baxmayaraq milli və dini mərasimləri gizli də olsa keçirib, öz milli və mənəvi dəyərlərinə sadiq qalıb. Respublikamız müstəqillk əldə etdikdən sonra isə vicdan və dini etiqat azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilib. Odur ki, bu gün ölkəmizdə hər bir vətəndaş dini ayin və mərasimləri azad və sərbəst şəkildə icra edir.
Ramazan bayramını bütün xalqımız kimi salyanlılar da böyük əhval-ruhiyə ilə qeyd edirlər. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında həmrəyliyin, birliyin, xeyirxahlığın, sülhün, Ulu Tanrıya bağlılığın təntənəsini nümayiş etdirir.
Ulu öndər Heydər Əliyev cəmiyyətimizin milli-mənəvi əsaslarının möhkəmləndirilməsini, çoxəsrlik adət-ənənələrinin qorunub saxlanmasını və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayıb, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirib.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsindəki strateji kurs bu gün də uğurla davam etdirilir.
Belə ki, cənab Prezidentimiz İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsini sədri Allahşükür Paşazadənin Ramazan ayı münasibəti ilə iyulun 17-də öz yeni iqamətgahında açdığı iftar mərasimində iştirak və çıxış edib. Mərasimdə dövlətimizin başçısı ölkəmizin daim milli və mənəvi dəyərlərə sadiqlik nümayiş etdirdiyini, Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında mislisiz xidmətlərini vurğulayan möhtərəm Prezidentimiz İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhvələrini əsirgəmədiyini bildirib.
İsti yay günlərində orucluğun sınaqlarından alnı açıq, üzü ağ çıxan hər bir salyanlı bir araya gələrək bu müqəddəs bayramı böyük təntənə, könül xoşluğu ilə qeyd edirlər.
Əziz salyanlılar!
Dua və diləklərinizin Ulu Tanrının dərgahında qəbul olunması diləyi ilə bir daha Sizi onbir ayın sultanı olan müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, dünyada ən şirin nemət olan cansağlığı, xoşbəxtlik, firaəvanlıq, süfrələrinizin ruzi-bərəkətli olmasını arzulayıram. Allah orucunuzu qəbul etsin.
Bayramınız mübarək!
Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.