Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar Salyan rayon İcra Hakimiyyəti başçısının yanında təşkilat komitəsinin ilk iclası keçirilmişdir.

19 iyul 2014 | 15:00

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalamışdır.  Sərəncamda deyilir ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi-mədəniyyət nümunələri ilə sübuta yetirilmişdir ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə  məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid  yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir. Möhtərəm Prezidentimizin imzaladığı sərəncamda adı çəkilən abidələrin 2800 illiyinin qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə tədbirlər planının hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.
17 iyun 2014-cü il tarixdə Salyan rayon İcra Hakmmiyyətinin başçısı Tahir Kərimovun sədrliyi ilə yubileyin yüksək səviyyədə  keçirilməsi məqsədilə təşkilat komitəsinin növbəti iclası olmuşdur. RİH başçısının I müavini E. Hüseynov və RİH başçısının müavini R.Cəbrayılov bu böyük tədbirə hazırlığın gedişi barədə məlumat vermişlər. Təşkilat komitəsinin üzvləri  yubiley tədbirinin nəzərdə tutulan videossenarisinə tamaşa etmişlər.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, rayon səhiyyə şöbəsinin müdiri Hüseynağa Həsənov, rayon ƏSMM-nin direktoru R.Salmanov, rayon  DSMF-nin direktoru V.Vahidov, Baş Mil-Muğan kollektorları istismarı idarəsinin rəisi B.Ağabəyov, Salyan arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru A.Məmmədov Mədəniyyət və Turizm nazirliyinin nümayəndələri, Rejissor Əməkdar artist Loğman Kərimov və başqaları  çıxış edərək Salyanın 2800 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncama görə dövlət başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirmiş, həmçinin yubiley təntənəsinin təşkili üçün öz təklif və mülahizələrini bildirmişlər.
RİH başçısı Tahir Kərimov təşkilat komitəsinin iclasına yekun vurmuş və qeyd etmişdir ki, bu ilin payızında keçirilməsi nəzərdə tutulan yubiley tədbirinə bütün salyanlılar  çox ciddi hazırlaşmalı və yüksək səviyyədə keçirməlidirlər.

 

 

Keçidlər