Şriftin ölçüsü :

Saytın rəngi :

Boranıkənd kənd yolu istifadəyə verildi

07 sentyabr 2012 | 15:00

Salyan rayonunda abadlıq-quruculuq işləri geniş vüsətlə davam edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yeni-yeni layihələr icra olunur, infrastruktur yenilənir. Başqa sahələrlə yanaşı, rayonun avtomobil yollarında da təmir və yenidənqurma işləri görülür, yeni magistral və kəndarası yollar salınır.
6 sentyabr 2012-ci il tarixdə uzunluğu 6 kilometr olan Boranıkənd kənd yolunun asfalt döşəndikdən sonra açılışına həsr edilmiş tədbir keçirilmişdir. Yolun açılışını bildirən qırmızı lenti rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov kəsmişdir.
Kənd sakinlərindən M. Süleymanov və N.Şükürov Boranıkənd kəndində çəkilən yeni yolun istifadəyə verilməsi münasibətilə sakinlər adından ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Yeni yolun istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edən rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov qeyd etmişdir ki, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Hazırda respublikamızın bütün bölgələri sürətlə inkişaf edir, mövcud infrastruktur yenilənir, geniş abadlıq-quruculuq işləri aparılır. Son bir ildə təkcə Salyan rayonunda görülmüş işlər, həmçinin istifadəyə verilmiş Kürsəngi-Yolüstü, Arbatan-Marışlı və Boranıkənd kənd yolları bu reallığın nəticəsidir.
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı yaradılan abadlığın qorunub saxlanılması, yaşıllıqların salınması üçün öz tapşırıq və tövsiyələrini vermişdir.
 

Keçidlər