Prezident İlham Əliyevin AŞPA-dakı nitqi müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir
Iynun 24-də Azərbaycan Respublikasının Prezidennti İlham Əliyev Strasburqda Avropa Şurası Parlament assambleyasının (AŞ PA) sessiyasında nitq söyləmişdir. Ölkə başçısının sessiyada tarixi əhəmiyyətli çıxışı dünyanın diqqət mərkəzindədir. Sessiyada bir çox vacib məsələlərdən söz açan dövlət başçısı Azərbaycanın təşəbbüsü və əsas iştirakçısı kimi reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini səsləndirdi. Həmçinin AŞPA deputatlarının suallarını cavablandırdı. Dövlət başçımızın çıxışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin ölkəmizdə və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında bilgiləri, analitik mühakiməsi, prinsipiallığı, qətiyyəti çox yüksəkdir. Respublikamızın digər bölgələrində olduğu kimi, Salyan rayon ictimaiyyəti də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasındakı nitqini müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biri hesab edirlər.
9 iyul 2014-cü il tarixində Salyanda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqindən irəli gələn vəzifələrin rayon ictimaiyyətinə çatdırılması ilə əlaqədar yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq bildirmişdir ki, Azərbaycanın düyna birliyi ailəsində mövqeyi ildən-ilə möhkəmlənir. Ölkəmiz 49 beynəlxalq təşkilatın və konvensiyanın üzvü olmaqla beynəlxalq aləmdə söz və nüfuz sahibidir. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasındakı nitqi də dünyanın siyasi icmalçılarının diqqətini çəkməklə müstəqil ekspertlər, Azərbaycanı sevən qüvvələr tərəfindən razılıqla qarşılanmışdır.
Ölkə başçımızın tarixi çıxışı bir daha onu göstərdi ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmadığı kimi, heç kim də bizim daxili işlərimizə qarışa bilməz. Azərbaycan Prezidenti sessiyadakı çıxışı ilə işğalçı Ermənistan dövlətinin əməllərini bir daha ortaya qoydu. Möhtərəm Prezidentimiz çıxışında ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini vurğuladı, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etməsini, lakin onların hələ də icra olunmamasına diqqət çəkdi. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün regionu təhdid altında saxladığını dedi.
Tədbirdə Salyan rayon məhkəməsinin sədri Xaqani Tağıyev, Şəkərli kənd ümumi orta məktəbin direktoru Səlimağa Səlimli, Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının müəllimi Sahib Həsənov,YAP Salyan rayon təşkilatı Qadınlar Şurasının sədri Fatma Səmədzadə çıxış edərək Prezident İlham Əliyevin AŞ PA-dakı nitqinin ayrı-ayrı məqamları barədə danışdılar. Məruzə və çıxışlarda qeyd edildi ki, ölkə başçımızın bu mötəbər məclisdəki çıxışı və suallara verdiyi cavablar müasir Azərbaycan diplomatiya tarixinin qürurverici səhifələrindən biridir. Cənab Prezident nitq və cavabları ilə özünün yüksək intellektual səviyyəsini, güclü təfəkkürə malik olduğunu, dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılığını, sistemli təhlil apardığını, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti və müasir dövrün görkəmli dövlət xadimlərindən biri olduğunu təsdiqlədi.
Prezident İlham Əliyev Azərbaycana atılan möhtanlara tutarlı və möhkəm məntiqlə cavab verdi. Həqiqətən də belə bir dövlətin vətəndaşı olduğumuza görə və İlham Əliyev kimi Prezidentin rəhbərlik etdiyi ölkədə yaşadığımıza görə qürur duyuruq.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbirə yekun vuraraq dedi ki, Azərbaycan qüdrətli dövlətdir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dövlətinin apardığı uğurlu siyasət dünyəvi siyasətdir. Biz hər birimiz bu siyasətin sıralarındayıq.