Salyanda Çağırışçı gənclərin hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
11 iyul 2014-cü il tarixdə rayonda Heydər Əliyev parkda çağırışçı gənclərin hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı yaninda Şuranin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi, mayor Tural Məmmədov gəncləri təbrik edərək, onlara Vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyyə etmişdir. O bildirmişdir ki, salyanlı gənclər böyük ruh yuksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.
Tədbirdə rayon Məhkəməsinin sədri X.Tağıyev, Rayon Ziyalıları İctimai Birliyinin sədri, əməkdar müəllim A.Piriyev, çağırışçı valideyni Ə.Mədətov, çağırışçı gənc M.Novruzov çıxış edərək çağırışçı ğənclərin Vətənə sədaqətlə xidmət edəcəklərinə inandıqlarını bildirmiş, onlarin ata-babaların rəşadətli döyüş yolunu ləyaqətlə davam etdirəcəklərini və düşmən tapdağı altında olan ərazilərimizi işğaldan azad etməyə hazır olduqlarını qeyd etmişlər.
Ölkəmizin ordu quruculuğu sahəsində qazandığı böyük uğurları diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı T.Kərimov, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə Azərbaycan Ordusunun hazirda regionun ən güclü ordusu olduğunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, müasir mddi-texniki bazaya malik Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır və salyanlı gənclər də hərbin sirlərinə dərindən yiyələnməlidirlər.
Tədbir münasibətilə təşkil olunmuş bədii hissədən sonra çağırışçı gənclər ümummilli lider Heydər Əlyevin abidəsini ziyarət edib, Azərbaycan bayrağını öpərək müqəddəs Quranın altından keçib musiqi sədaları altında ordu sıralarına yola düşdülər.