2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib. Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirib, cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub. Vida mərasimində Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhid zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Yaylım atəşi açılıb. Cənazəyə bükülən Dövlət bayrağı şəhidin atasına təqdim olunub.