Şriftin ölçüsü :

Saytın rəngi :

“2 iyul-Polis işçilərinin peşə bayramı günü” tədbir keçirilmişdir.

02 iyul 2022 | 14:31

Salyan rayonunda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.  Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis işçilərini təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Salyan Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər