Şriftin ölçüsü :

Saytın rəngi :

“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.

02 fevral 2026 | 14:55

“2 Fevral - Azərbaycan Gəncləri Günü”

münasibətilə tədbir keçirilib.

02 fevral 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətində “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan–Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və idman sektorunun müdiri Elmar Əbilov, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, eləcə də ali məktəblərdə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı, intellektual və peşəkar potensialının reallaşdırılması üçün geniş imkanlar yaradılıb. Rayon rəhbəri xüsusilə vurğulayıb ki, Vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan gəncləri yüksək vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək xalqımızın qürur mənbəyinə çevriliblər. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov gənclərin ölkənin gələcəyində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmar Əhmədov gənclərin YAP sıralarında fəal iştirakını yüksək qiymətləndirərək, partiyanın ideyalarına sadiq, təşəbbüskar və fəal gənclərin sayının artmasının sevindirici hal olduğunu diqqətə çatdırıb.

Tədbirdə ictimai həyatın müxtəlif istiqamətlərini təmsil edən gənclər çıxış edərək Azərbaycan gənclərinə göstərilən davamlı dövlət qayğısından söz açıblar. Çıxışlarda qeyd olunub ki, ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasına, onların cəmiyyət həyatında fəal iştirakına geniş imkanlar yaradır. Gənclər onlara göstərilən etimadı doğrultmağa çalışacaqlarını bildirərək, dövlətçiliyin möhkəmləndirilməsi və milli maraqların qorunması naminə bundan sonra da fəallıq göstərəcəklərini vurğulayıblar. Eyni zamanda çıxışlarda Vətən müharibəsində və antiterror əməliyyatlarında Azərbaycan gənclərinin nümayiş etdirdiyi qəhrəmanlıq və fədakarlığın hər bir gənc üçün örnək olduğu xüsusi qeyd edilib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Keçidlər