Azərbaycan qəzeti və Salyan rayon İcra Hakimiyyəti ilə birgə “Azərbaycanın hərtərəfli inkişaf prosesində Salyan möhüm yer tutur” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Azərbaycanın hərtərəfli inkişaf prosesində
Salyan mühüm yer tutur
27 may 2014-cü il tarixdə "Azərbaycan" qəzeti Salyan rayon İcra Hakimiyyəti ilə birgə "Azərbaycanın hərtərəfli inkişaf prosesində Salyan mühüm yer tutur" mövzusunda "Dəyirmi masa" keçirmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzdukdən sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto eksponatlarla tanış olmuşlar.
Tədbir Salyan rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilmişdir. Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Dəyirmi masa" iştirakçılarını salamlamış və müzakirəyə çıxarılmış mövzunun aktuallığı və mahiyyəti barədə ətraflı məlumat vermişlər. RİH başçısı Tahir Kərimov "Azərbaycanın hərtərəfli inkişaf prosesində Salyan mühüm yer tutur" mövzusunda məruzə etmişdir. Məruzəçi qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu icrasının nəticəsidir ki, Azərbaycan müstəqillik əldə etdiyi qısa zaman daxilində regionun və dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artmış, Azərbaycanda hüquqi dövlət bərqərar olmuşdur. Sözsüz ki, bütün bunlar uğurlu iqtisadi siyasətin nəticəsidir. Həyata keçirilən hərtərəfli islahatlarda regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Proqramlar da xüsusi yer tutur. Bu layihələr çərçivəsində ölkəmizin regionları tarazlı inkişaf dövrünü yaşayır. Ölkənin hər yerində olduğu kimi, regionlarda da çox böyük abadlıq-quruculuq işləri həyata keçirilir. İqtisadiyyata qoyulan investisiyanın ildən-ilə artması hesabına regionun digər rayonları kimi, Salyanda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır.
Çox qədim tarixə və zəngin ənənələrə malik olan Salyan indi özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Son bir ildə rayon iqtisadiyyatına 76 milyon manat əsaslı vəsait qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyana etdiyi son səfərlər, rayonun sosial-iqtisadi inkişafına dair əlavə ayrılan vəsaitlər hesabına rayonun infrastrukturu nəzərəçarpacaq dərəcədə dəyişməkdədir. Yenilənən təkcə sosial-iqtisadi həyat deyil, eyni zamanda rayonda maddi-mənəvi dəyərlərin qorunması da yüksək səviyyədədir. Türk dünyasının ictimai-siyasi fikir tarixində görkəmli yer tutmuş Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi, həmçinin Salyanın 2800 illik yubileyinin keçirilməsi barədə sərəncamlar göstərir ki, Azərbaycanın bir parçası ki mi Salyanda da sosial, ictimai, mədəni həyat çox zəngin və mənalıdır.
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru, "Dəyirmi masa"nın aparıcısı Bəxtiyar Sadıqov canlı dialoq şəklində keçirilən tədbirdə müzakirəyə qoşulan iştirakçılara ardıcıllıqla söz verdi. "Zöhrab" kəndli-fermer təsərrüfatının rəhbəri Emin Mirzəyevin çıxışının əsasını iqtisadi sahədə keçmiş ənənələrin bərpa olunması, yeni tipli iqtisadiyyat və aqrar sektorun Salyanın yüksəlişində əsas amilə çevrilməsi, "Sənaye ili"nin rayonda mühüm inkişafa təkan verəcəyi barədə konkret faktlar əsasında çıxış etdi. Sonra rayon statistika idarəsinin rəis müavini Hüseynqulu Mənsimov, AMİ-nin Salyan filialının müəllimi Aliyə Əmrahova, şəhər 4 saylı tam orta məktəbin müəllimi Razıgül Dadaşova çıxış edərək sosial sahəyə göstərilən diqqət, xüsusi kateqoriyalı insanlara sosial dəstəyin uğurlu bəhrələri, məşğulluq problemi, milli qurtuluşumuzun əyani nəticəsi kimi Salyanın dünəni ilə bugununun müqayisəsi, Heydər Əliyev Fondunun rayonda apardığı xeyirxahlıq missiyaları barədə ətraflı danışmışlar. Tədbirə qonaq kimi qatılan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, arxeoloq Arif Məmmədov Salyanın 2800 illik tarixinin aşkar edilməsi sahəsində həyata keçirdikləri arxeoloji tədqiqatlardan, həmçinin Salyan-Muğan abidələrinin xarakterik xüsusiyyətlərindən danışmış, elmi-tədqiqatların lazımi şəraitdə aparılmasına göstərdiyi köməyə görə Salyan ictimaiyyətinə və rayon İcra Hakimiyyətinin başçısına dərin hörmət və minnətdarlığını bildirdi.
Sonda "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov və RİH başçısı Tahir Kərimov müzakirə olunan mövzunun ictimai mahiyyətini bir daha vurğulamış, respublikamızın digər bölgələri kimi Salyanın da Azərbaycanın hərtərfli inkişafında bundan sonra da layiqli yer tutacağını qeyd etmişlər.