Salyan rayonunda Əlibəy Hüseynzadənin 150 illik yubileyi “Müstəqil vətən məfkurəsi” adlı tədbir keçirilmişdir.
Salyan rayonunda Avrasiya Beynalxalq araşdırmalar ictimaiyyət birliyinin TİKA nin və Salyan rayon İcra Hakimiyyətinin dəstəyi ilə görkəmli fikir adamı Əlibəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdən öncə qonaqlar erməni daşnaqlarına qarşı döyüşlərdə şəhid olmuş türk zabit və əsgərlərinin məzarlarını ziyarət etmiş, istiqlal şairi Xəlil Rza Ulutürkün abidəsini, Görkəmli alim Əlibəy Hüseynzadənin və Ümummilli lider Heydər Əliyein abidələrini ziyarət etmiş və önünə gül-çiçək dəstələri düzmüşlər. Çıxışlara başlamamışdan qabaq Türkiyə respublikasının Soma vilayətində başvermiş fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqə sükutla yad edilmişdir. Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, İstanbul Türk Ocaqlarının rəhbəri Cezmi Bayram, Prof. Dr. Yavuz Akpınar, Prof. Dr. Sebahattin Şimşir, Prof. Dr. Kazım Yetiş, Araşdırmacı alim Azər Turan, və Millət vəkili Qənirə Paşayeva çıxış etmişlər.Tədbirin sonunda Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Muğan – Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar xatirə hədiyyəsini qonaqlara təqdim etmişdir.