Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə bayram konserti

07 may 2014 | 15:00

06 may 2014-cü il tarixdə rayonda Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasinin 91 illiyi münasibətilə böyuk bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, Milli Məclisin üzvləri Ə.Hüseynov, A.Mirzəcənzadə, YAP idarə heyətinin üzvü K.Kərimov, rayon İcra hakimiyyətinin başçısı yanında Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov salyanlıları Ümummilli Lider Heydər Əliyevin  ad günü münasibətilə təbrik etmiş, gələn qonaqları salamlamış, bildirmişdir ki, bu günlər xalqımız Ulu Öndər, dahi insan, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 91 illik yubileyini böyük təntənələrlə qeyd edir. Natiq ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, görkəmli dövlət xadimi kimi Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edərək vurğulamışdır ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tərəqqi, intibah, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi tarixə qızıl hərflərlə yazılmışdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının, milli özünüdərkin, özünəqayıdış təfəkkürünün formalaşması istiqamətində xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə müasir müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir cərgədə dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevrilməsinə nail olmuşdur.
RİH başçısı Tahir Kərimov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982, 1993-2003-cü illərdə Salyan rayonuna tarixi səfərlərindən də söz açmış, Salyanın sosial-iqtisadi inkişafı üçün gördüyü işlərdən danışmışdır. Natiq iftixarla vurğulamışdır ki, ümummilli liderin başladığı dövlət quruculuğu prosesinin möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində  Azərbaycan hazırda regionun lider dövlətinə çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi Salyana 7 dəfə tarixi səfər etmiş, Salyanın sosial-iqtisadi inkişafı ilə bağlı çoxlu sərəncamlar imzalamışdır. Muğan-Babazanlı abidələrinin 2800 illiyi və görkəmli filosof, təbib Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında,  Kür çayı üzərində körpünün salınmasına, Salyan-Şirvan avtomobil yolunun bərpasına aid sərəncamlar bu diqqət və qayğının əyani təzahürüdür.
Bayram tədbirində Milli Məclisin üzvü Aydın Mirzəcanzadə və YAP idarə heyətinin üzvü K.Kərimov çıxış etdilər.
Ulu öndərimiz Heydər Əliyevin əzəmətli portreti ilə süslənən səhnədə bir-birindən maraqlı konsert nömrələri ifa olundu. Salyan rayon mədəniyyət evinin «Muğan» instrumental ansamblının üzvləri Babək Kərimov, Elnur Əhmədov, Natiq Məmmədov-Səbinə Şükürova dueti Ulu Öndəri, müstəqilliyimizi tərənnüm edən mahnılar səsləndildi. Respublikanın tanınmış incəsənət ustaları - respublikanın Əməkdar artisti Cavanşir Məmmədov, Rauf Babayevin rəhbərlik etdiyi «Qaya» qrupunun üzvləri, Fərid Mərd, Sevinc Ağaşirinova, respublikanın Əməkdar artistləri Könül Kərimova, Almaz Orucova, Nurlan Əzizbəyli, Səyyad Əlizadə, Xalq artisti Ağadadaş Ağayev və xalqımızın sevimli müğənnisi, respublikanın Xalq artisti İlhamə Quliyevanın çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı. Meydanda məktəblilər, uşaq bağçalarının fidanları şən musiqi sədaları altında rəqs edib şənləndilər.
Tədbir sonunda bayram atəşfəşanlığı ilə sona çatdı.

Keçidlər