Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş və “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə İdarə müəssisə və təşkilatlar arasında mini futbol turniri başlanılmışdır.

02 may 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə 01 may 2014-cü il tarixdə Salyan OİK-də  Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş və “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə İdarə müəssisə və təşkilatlar  arasında mini futbol turnirinin açılışı keçirildi. Rayonun  16 idarə , müəssisə və təşkilatının komandalarının qatıldığı turnirdə oyunlar 4 qrup üzə keçiriləcək, hər qrupda I və II yerləri tutmuş komandalar oyunları olimpiya sistemi üzrə davam etdirəcəklər.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında mini futbol turnirinin artıq neçə illərdir ki, keçirildiyini vurğuladı, idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.
Sonra dövlət himni səsləndirildi və yarışlara start verildi. İlk oyun günü A və B qrupunda 4 oyun keçirildi:
Polis şöbəsi - Olimpiya kompleksi ilə 3-1, Veysəloğlu MMC – FHN  2-4 , DSMF – Peşə Liseyi 4-4  Səhiyyə- Aztelekom 6-1
Oyunlar may ayının onuna qədər davam edəcək.

Keçidlər