18.06.2026-cı il tarixdə Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
18.06.2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın
növbəti iclası keçirilib.
İclasda Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 2026-cı il üçün Tədbirlər Planında nəzərdə tutulan məsələlər ətrafında müzakirə aparılıb, bəzi məsələlərlə bağlı Şura üzvlərinin məlumatları dinlənilib, ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra təkliflərlə çıxış edilib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək müzakirə edilən məsələlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu sahədə İctimai Şuranın rolunun və fəallığının artırılmasının vacibliyini vurğulayıb. Görüş müzakirələrlə davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayıb, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasına və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.






