Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə dəstəyi ilə ümummilli liderin adını daşıyan mərkəzdə «Heydər Əliyev və müasir Azərbaycan gəncliyi» mövzusunda tədbir keçirilmişdir.

03 may 2014 | 15:00

2 may 2014-cü il tarixində Salyan rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə dəstəyi ilə ümummilli liderin adını daşıyan mərkəzdə «Heydər Əliyev və müasir Azərbaycan gəncliyi» mövzusunda rayon gənclərinin toplantısı keçirilmişdir. Tədbirdə AMİ-nin Salyan filialının tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, YAP rayon təşkilatının gənc üzvləri, həmçinin respublikamızın müxtəlif təşkilatlarında rayonumuzu təmsil edən gənclər iştirak etmişlər. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmiş, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gəncə partiyanın biletləri təqdim edilmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbiri giriş sözü ilə açaraq Azərbaycan gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində varislik ənənələrindən, ümummilli liderimiz Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Görüşdə  RİH başçısının müavini Rəşad Cəbrayılov, Heydər Əliyev Mərkəzinin direktoru Ayşən Ələsgərova, AMİ-nin  Salyan filialının  müəllimi Aliyə Əmrahova və tələbələrdən Ülkər Əliyeva və Şahnaz Abbaszadə,  YAP rayon təşkilatının üzvləri  Lalə Həmzəyeva, Anar Hacıyev, Rəfiqə Ağabəyli, “Heydər Əliyev məktəblilərin gözü ilə” Respublika inşa müsabiqəsinin qakibi Aytac Əzizova, vaxtilə Salyan İcra Hakimiyyətində çalışmış, hazırda Sumqayıt appelyasiya məhkəməsində hakim köməkçisi işləyən Günel Əliyeva, Bakı appelyasiya məhkəməsində hakim köməkçisi işləyən Emin Abbaszadə və başqaları çıxış etmiş, xaricdə çalışan gənclərimizlə telekörpü yaradılmışdır.
Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin çoxtərəfli fəaliyyətinin ayrı-ayrı məqamları təhlil edilmiş, əbədiyaşar Prezidentimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inrkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti təhlil edilmiş,  irsinin gənclər üçün həmişə örnək olduğu vurğulanmışdır.
Gənclərlə növbəti görüşə yekun vuran Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov salyanlı gənclərin istər rayonun, istər respublikanın ictimai-siyasi həyatında həmişə fəal olduqlarını qeyd etmişdir. Darülmöminlərin, şeyxülislamların, Əli bəy Hüseynzadənin, Xəlil Rza Ulutürkün, Əliağa Kürçaylının  və digər müqtədir insanların müasir nəvələri bu gün də Salyanın şöhrətini uca tutmağa qadir olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu uğurlu gənclər siyasətində yaxından iştirak edirlər.
Sonda tədbir iştirakçıları RİH başçısı Tahir Kərimovla  ümummilli liderimiz Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər