Salyan rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan birinciliyində qələbə qazanmış az yaşlı yeni yetmələrdən ibarət voleybol və futbol komandalarını qəbul etmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimov bu gün 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin qalibi olmuş Salyan voleybol komandasının və zona birinciliyinin qalibi olmuş və finala vəsiqə qazanmış 11 yaşlı futbolçulardan ibarət futbol komandasının üzvlərini qəbul etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı ilk öncə idmançıları və məşqçiləri salamladı onlara idmanda qazandıqları uğurlara görə minnətdarlığını bildirdi, Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söz açdı. Daha sonra Gənclər və İdman İdarəsinin rəis əvəzi A.Hüseynov çıxış edərək idmançılarla mütəmadi olaraq görüşlər keçirib onların problemləri ilə maraqlandığı üçün rayon İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirdi və 2014-cü ilin müvafiq dövrü ərzində rayonumuzda idman sahəsində əldə olunan uğurlardan danışdı. Sonra məşqçi- müəllimlər və idmançılar çıxış edərək Tahir Kərimova minnətdarlığını bildirdilər və belə görüşlərin onlarda yüksək stimul yaratdığını və qələbələrə ruhlandırdığını bildirdilər. Sonda yeniyetmələr arasında ölkə birinciliyinin qalibi olmuş idmançılar və məşqçilər Salyan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə təltif olundular.