Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Salyan rayonunda olmuşdur

24 aprel 2014 | 15:00

Ölkəmizdə sosial məsələlərin həlli, o cümlədən vətəndaşların sağlamlıqlarının qorunması prioritet məsələlərdən biri hesab edilir. Bu məqsədlə sosial yönümlü layihələr icra nedilir. Ən müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Respublikamızın qabaqcıl səhiyyə müəssisələrindən hesab edilən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi insanların göz xəstəliklərindən müalicəsi istiqamətində çox gərəkli bir işlə məşğul olurlar. Kollektiv üzvləri həm də tez-tez respublikamızın bölgələrində olur, vətəndaşlara yerindəcə xidmət göstərirlər. Akademik Z.Əliyevanın anadan olmasının 91-ci ildönümü ərəfəsində mərkəzin səyyar klinikası Salyan rayonunda olmuşdur. 9 nəfərdən ibarət heyət üzvü iki gün ərzində 450 vətəndaşı ambulator tibbi müayinədən keçirmişdir. Bir qrup insanda görmə qabiliyyətində problemlər aşkar edilmişdir. Milli oftalmologiya mərkəzinin ən son avadanlıq və aparatlar ilə təchiz edilmiş səyyar avtomaşınında səyyar klinikanın həkimləri ehtiyacı olanlar üzərində 14 uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Həkim briqadasının üzvlərindən tibb elmləri namizədləri Fuad Abasov və  Fəridə Abdullayeva, həkim Mübariz Qəhrəmanov əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu vurğulamışlar. Tibbi müayinə keçən salyanlılar yaradılmış şəraitə görə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər