Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu
23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayon İcra hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov dövlət qulluğunda çalışanları təbrik edərək bu günün yaranma tarixi, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə nböyük məsuliyyət düşdüyünü hiss etməlidir. Tədbirdə çıxış edənlər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıdan danışmış, etimada layiq çalışacaqlarını vurğulamışlar.