17 İyun-Tibb İşçilərinin Peşə Bayramı qeyd olundu.
Salyanda tibb işçilərinin peşə bayramı
qeyd olundu.
“17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü” ilə əlaqədar Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova və tibb işçiləri Heydər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra tədbir Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin iclas zalında davam etmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova və digər çıxış edənlər tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan səhiyyəsinin inkişafında Ümummili Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə insan sağlamığını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etmişdir. Onun rəhbərliyi dövründə ölkəmizdə səhiyyə infrastrukturunun inkişafı, yeni tibbb müəssisələrinin yaradılması, həkim kadrlarının hazırlanması və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Onun rəhbərliyi ilə ölkəmizxin bütün bölgələrində yeni, müasir standartlara cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri tikilmiş, səhiyyə sistemi daha da modernləşmişdir. Tədbirdə Salyan səhiyyəsinin tarixindən söz açılmış, sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunmuşlar.






