Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə keçirilən açıq dərslərin müzakirəsi olmuşdur

16 aprel 2014 | 15:00

15 aprel 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində fevral ayının 2-dən  may ayının 31-nə kimi davam edəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar keçirilən  dərslərin müzakirəsi olmuşdur.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər.
Salyan rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycana əbədi səadət və xoşbəxtlik gətirən fenomenal tarixi şəxsiyyət olan Heydər Əliyevin zəngin irsinin böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi bütün pedaqoji kollektivlərin qarşısında duran prioritet məsələlərdən biridir. İndiyə kimi rayonda fəaliyyət göstərən 38 tam orta məktəbdən 30 məktəbin 900-dən çox şagirdi bu məşğələlərdə iştirak etmişlər. Rayonumuzun qabaqcıl tarix müəllimləri şagirdlər qarşısında məzmunlu, dolğun mühazirələrlə çıxış etmişlər.
Heydər Əliyev Mərkəzinin direktoru Ayşən Ələsgərova,  öz çıxışında ulu öndər Heydər Əliyevin 1944-1969-cu illərdə Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətindən, onun Azərbaycana rəhbərlik etdiyi  1969-1982, 1993-2003-cü illərdəki titanik fəaliyyətindən söz açmış, Heydər Əliyev Mərkəzində ulu öndərlə bağlı sənədlər, fotoşəkillər, qəzet məqalələri və kitablar barəsində danışmışdır.
Tədbirdə  Salyan şəhər 4 saylı tam orta məktəbin tarix  müəllimi Razıgül Dadaşova və Salyan şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Nəzrin Əsgərli Ulu Öndərin irsinin öyrənilməsi və təbliği ilə əlaqədar çıxışlar etmişlər.
RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini və eləcə də onun müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın 10 ildə siyasi-iqtisadi sahədə qazandığı uğurlardan söz açmışdır.
RİH başçısı Tahir Kərimov tədbirdə yekun nitqi ilə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin tariximizin son 40 ilindəki bütün mərhələlərini təhlil etmiş, ulu öndərin istər Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də 19993-2003-cü illərdə ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurların verdiyi bəhrələrdən ətraflı söz açmışdır.

 

Keçidlər