Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc rəssamların tablolarının satış-yarmarkası

12 aprel 2014 | 15:00

Aprelin 11-də Salyan rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində gənc rəssamların əl işlərindən ibarət satış sərgisi keçirilmişdir.

RİH başçısı Tahir Kərimov və RİH başçısı yanında şura üzvləri mərkəzin foyesində qoyulmuş əsərləri nəzərdən keçirmişlər. Burada orta məktəbi bitirmiş, habelə təhsillərini davam etdirən yeniyetmə və gənclərin əsərlərindəki lakoniklik, bitkin kompozisiya iştirakçılarda xoş təəssürat yaratmışdır.
Gənc rəssamlardan Aynur Abbasova, Güllü İmanova, Şirin Hüseynli, Cahandar Səmədov, Ayşən Rəsulova, Əsəd Haqverdiyev, Aysu Ağalar, Səkinəxanım Sadıqova, Elman Məmmədov əsasən yağlı boya ilə işlədikləri əsərlər barədə RİH başçısına məlumat vermiş, müxtəlif sualları cavablandırmışlar.
Gənc rəssamlardan Türkan Məlikova, Raminə Məmmədzadə, Toğrul Qədirbəyli, Hüseynağa Salmanov, Hülya Babayeva, Aytac Davudzadə, Sahib İmanov və  Dünyaxanım Babayevanın mənzərələrində, natürmortlarında doğma Azərbaycanımızın, habelə rayonumuzun, Ana Kürün gözəllikləri öz əksini tapmışdır. Bunlardan başqa, satış-sərgidə Salyan uşaq texniki yaradıcılıq mərkəzinin müəllimləri Firəngiz Mehdiyevanın muncuqlarla və sapla işlədiyi dörd əsər, habelə Rauf İbrahimovun heykəltaraşlıq işləri də onümayiş etdirilmişdir..
Maraqlı  müzakirələrdən və fikir mübadiləsindən sonra satış-yarmarkaya çıxarılan əsərlərin demək olar ki, hamısı tamaşaçılar tərəfindən alınmışdır.

Keçidlər