Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda əhalinin tibbi müayinə kampaniyası davam edir

09 aprel 2014 | 15:00

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 17 sindən Salyan raynunda əhalinin tibbi müayinəsi aparılır. Tibbi müayinənin aparılması üçün mərkəzi rayon xəstəxanasında 4 həkim komissiası yaradılmışdır. Kənd yerlərində tibbi müayinələr kənd həkim məntəqələri tərəfindən aparılır. Fevral ayının 17 dən bugünə kimi 41761 sakin tibbi müayinədən keçmişdir.Tibbi müayinədən keçənlərin 5559 nəfəri ambulator, 73 nəfəri istasionar müalicəyə cəlb edilmiş 30 nəfər Bakı şəhərinə göndərilmişdir. Rayonun 21 yaşayış məntəqəsində tibbi müayinə başa çatdırılmışdır.Müayinələr may ayının birinə kimi davam edəcəkdir.

 

Keçidlər