Şriftin ölçüsü :

Saytın rəngi :

Çağırışçı gənclərin hərbi xidmətə yola salınması

08 aprel 2014 | 15:00

03 aprel 2013-cü il tarıxdə rayonda Heydər Əliyev parkında çağırışçı gənclərin hərbi xidmətə yola salınması ilə əlaqədar tədbir keçirilmişdır. Tədbırdə rayon Icra hakimiyyətınin başçısı yanında Şuranın üzvləri, idarə, müəssısə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi Tural Məmmədov cəncləri təbrik edərək, onlara Vətənın keşıyində ayıq-sayıq durmağı tövsiyyə etmişdir. O bıldirmişdir ki, salyanlı gənclər böyük ruh yuksəklıyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizin ərazi bütövlüyünü qorumaq kımi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.
Tədbırdə rayon Prokroru  F.Nemətli, rayon Məhkəməsinin sədrı Xəqanı Tağıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin rayon şöbəsinin sədri A.Əsgərov, Rayon Təhsil Şöbəsinin metodisti, əməkdar müəllim F.Cəbrayılova, Şəhər 7 saylı məktəb-liseyin müəllimi, əməkdar müəllim A.Piriyev, rayon Düvlət Kukla Teatrının direktoru Y.Cəbrayılov çıxış edərək çağırışçı ğənclərın Vətənə səaqətlə xidmət edəcəklərınə inandıqlarını bildirmiş, onlarin ata-babaların rəşadətli döyüş yolunu ləyaqətlə davam etdirəcəklərinı və düşmən tapdağı altında olan ərazılərimizi işğaldan azad etməyə hazır olduqlarını qeyd etmışlər.
Ölkəmızin ordu quruculuğu sahəsındə qazandığı böyük uğurları dıqqətə çatdıran rayon ıcra hakimiyyətınin başçısının birinci müavini E.Hüseynov, möhtərə Prezidentimiz, Ali Baş Komandan cənab ilham Əlıyevin qayğısı ilə Azərbaycan Ordusunun hazirda regıonun ən güclü ordusu olduğunu xüsusı vurğulayaraq qeyd etmişdir ki, müasir mddi-texnikı bazaya malik Azərbaycan Sılahlı Qüvvələrı istənilən döyüş tapşırığını yerınə yetirməyə hazırdır və salyanlı gənclər də hərbın sırlərinə dərindən yıyələnməlidırlər.
Tədbir münasıbətilə təşkil olunmuş bədiı hissədən sonra çağırışçı ğənclər ümummilli lider Heydər Əlyevın abidəsini zıyarət edib, Azərbaycan bayrağını öpərək müqəddəs Quranın altından keçib musiqı sədaları altında ordu sıralarına yola düşülər.

 

 

 

Keçidlər