Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Silahlı Qüvvələr Günü qeyd olundu

26 iyun 2012 | 15:00

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab T.Kərimov çıxış edərək göstərmişdir ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli sərəncamına əsasən 26 iyun Silahlı Qüvvələr günü élan edilmiş və hər il azərbaycan xalqı bunu bayram edir. Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazda ən güclü ordu hesab olunur. Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş qabiliyyəti daim yenilənir, güclənir və düşmənə hər an cavab verməyə hazırdır. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı F.Qəhrəmanov çıxış edərək hərbçiləri bayram münasibəti ilə təbrik etmişdir. Sonra “N” saylı hərbi hissənin bir qrup şəxsi heyyəti mükafatlandırılmış və hərbçilərin nümunəvi çıxışları olmuşdur.

Keçidlər